Paris-2024: Şəiəti finala çıxa bilmədi, bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşlərinə çıxıb.

Presssport.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib.

Təmsilçimiz finala gedən yolda təcrübəli, titullu kubalı həmkarı Mixain Lopes Nunyeslə üz-üzə gəlib. Belə ki, 41 yaşlı Nunyes 4 qat Olimpiya və 5 qat dünya çempionudu. Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.

Nəticədə Sabah sabah bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC