Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək millimizin üzvləri ilə görüş keçirilib

Sentyabrda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycanın qadın millisinin üzvləri ilə görüş keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Presssport.az-a verilən məlumata görə, görüşdə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva eləcə də kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski iştirak edib.

Əvvəlcə şahmatçılar iştirak etdikləri son turnirlər barədə danışıb. 

Ardınca kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski olimpiadaya hazırlığın son mərhələsi barədə fikirlərini bildirib.

Olimpiadaya hazırlığın gedişatı ilə maraqlanan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı milli komandaya bundan sonra da lazımi şəraitin yaradılacağını söyləyib.

Görüş zamanı avqust ayı üçün nəzərdə tutulan hazırlıq planı və olimpiadayla bağlı digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası 10-23 sentyabr tarixlərində Macarıstanda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC