Voleybol millimiz Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçisi Fərid Cəlalovun rəhbərliyi ilə yığmamızın Tbilisidəki təlim-məşq toplanışı avqustun 11-də yekunlaşacaq.

Hazırlıq çərçivəsində millinin Gürcüstanla bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Xatırladaq ki, AVRO-2026-nın təsnifat oyunlarında yığmamız B qrupunda Avstriya və Belçika millilərinə qarşı mübarizə aparacaq. Millimiz seçmə mərhələdəki ilk matçına avqustun 17-də çıxaraq həmin gün avstriyalıların qonağı olacaq. Növbəti görüş avqustun 24-də Bakıda Belçikaya qarşı olacaq. Yarışın formatına uyğun olaraq digər iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC