"Qarabağ" - "Ludoqorets" matçına 23 000 bilet satılıb

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa bilet satışı davam edir.

Presssport.az xəbər verir ki, artıq bu qarşılaşma üçün 23 000 bilet satılıb. 

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC