"Sabah"ın rəqibinin baş məşqçisi oyunun təxirə salınmasını istədi, narazılıq yarandı: "Həmçinin Azərbaycana çatmaq üçün 3 saat qurşağını keçəcəyik"

İrlandiyanın “Sent-Patrik Atletik” klubunun baş məşqçisi Stiven Kenni “Sabah”a qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü öncəsi ölkə çempionatında avqustun 11-nə nəzərdə tutulan “Qolvey Yunayted”lə oyunun təxirə salınmasını istəyib.

Presssport.az xəbər verir ki, İrlandiya klubunun çalışdırıcısı məsələylə bağlı federasiyadan narazılıq edib: “Qolvey”lə oyununun təxirə salınmasını ona görə istədik ki, ordan qayıdıb səhər tezdən Türkiyəyə uçmalı, sonra da uzun müddət qalaraq iki fərqli uçuşa getməli olacağıq. Lakin müraciətimiz rədd edildi. İrlandiya Futbol Federasiyası sorğunun “Qolvey”ə göndərilməli olduğunu bildirsə də, onlar razılaşmadı. Bu, rəqibimizin qərarıdır, amma məncə, qaydalarda liqa direktoruna öz qərarını verməyə imkan verən müddəa var. Məsələ burasındadı ki, federasiyanın bütün bəyanatları onlar 2-3 komandanın müəyyən illər ərzində Avropa yarışlarının əsas mərhələlərində olmasını istəmələrindən ibarətdi. Lakin bu planın dəstəklənməsinə dair heç bir sübut yoxdu. İsveçrə və Lixtenşteynə səfərlər də daxil olmaqla, 15 gün ərzində 5 oyunumuz var. Həmçinin Azərbaycana çatmaq üçün üç saat qurşağını keçəcəyik. Beləliklə, bilmək istəyirik ki, oyunun təxirə salınması ilə bağlı qərarı kim verir? Liqa direktoru qərar verə bilər?".

Xatırladaq ki, "Sabah” və “Sent-Patrik Atletik” arasında matçlar avqustun 8-i və 15-də baş tutacaq. İlk oyun Diblində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC