Çempionlar Liqası: "Qarabağ" evdə uduzdu

Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Presssport.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşıb. 

"Ludoqorets" son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir. Belə ki, Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub. Komanda 8-i dalbadal olmaqla 10 dəfə avrokuboklarının qrupunda çıxış edib. Rəqib Bakıdan qələbəylə ayrılıb.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. 

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burda "Petrokub" (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

6 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) - 1:1 (2-ci hissə)

Qollar: O.Juninyo, 65 - D.Almeyda, 56, K.Vidal, 87

Qırmızı: K.Vidal, 89 (2-ci satı)

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov 

"Ludoqorets": 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Oliver Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Duah

Ehtiyat oyunçular: Padt, Hristov, Rick, Nedelev, Tissera, Seko, Qropper, Kurtuluş, Vitru, Çoçev, Yordanov, Delev

Baş məşqçi: Georgi Dermençiyev

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC