Şahruddin Məhəmmədəliyev "Ludoqorets"lə oyuna niyə sifariş olunmayıb?

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.

Presssport.az xəbər verir ki, bu səbəbdən onun adı Çempionlar Liqasının III təsnifat mərhələsinin Bolqarıstanın "Ludoqorets" klubuyla az öncə başlayan ilk oyunu üçün iştirak ərizəsində yer almayıb.

Belə ki, Məhəmmədəliyev ötən gün son məşq zamanı əlindən zədə alıb. Onun nə vaxt sıraya dönəcəyi hələlik bəlli deyil. 

Tofi Bəhramov adına Respublik stadionundakı oyunda start heyətdə yay transferi olan xorvatiyalı Fabiyan Buntiç meydana çıxacaq. Ehtiyatda isə 18 yaşlı qapıçı Sadiq Məmmədzadə var.

Xatırladaq ki, adıçəkilən komandaların cavab görüşü avqustun 13-də Razqrad şəhərində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC