"Ludoqorets"in baş məşqçisi Razqraddakı cavab görüşünü gözləməyi məsləhət gördü: "Futbolçularım gərək ağıllı olsunlar ki, "Qarabağ"a qalib gəlsinlər"

"Ludoqorets" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin baş məşqçisi Georgi Dermençiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu mövsüm avrokuboklarda birinci oyunları udub, ikinci matçları uduzursuz. Bu, sizi qorxutmurki?

- Şanslar 50/50-dir. Razqradda görəcəksiz ki, cütün taleyi necə olur.

- "Qarabağ" üstün olsa da, qol vuran siz oldunuz. Rəqibin hansı zəif cəhətlərindən istifadə edirdiz ki, qollar vururduz?

- "Qarabağ" daha çox hücum edirdi. Belə olanda da, qol vurmağımız üçün imkan yaranırdı.

- Futbolçunuz qırmızı vərəqə alaraq meydandan qovuldu. Hakimin qərarı ilə bağlı mövqeyiniz necədir?

- Bu haqda çox ətraflı danışmaq istəmirəm. 

- Fasilədə futbolçularınıza nə dediz?

- "Qarabağ"ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.

- Cavab matçında da ilk oyundakı kimi müdafiədə oynayacaqsız, yoxsa evdə daha çox hücumda oynayıb qalib gəlməyə çalışacaqsız?

- Hələ heç nə bitməyib. Davamı Razqradda olacaq.

  • Zədəli və cəzalı olan 2 futbolçunuzun yoxluğu sizin üçün cava görüşündə nə dərəcədə ciddi itkidi?

- İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik.

- "Qarabağ" avrokuboklarda səfərdə çox qol vurur. Bu statistika sizin üçün təhlükəli gəlmir?

- Strategiyanı açıqlaya bilmərəm. Amma gərək ağıllı olsunlar ki, qalib gəlsinlər.

- Qurban Qurbanov Avropada feyr-pley mükafatı alıb. Sizcə, komandanız bu cür komandaya qarşı çox sərt oynamadı?

- Məncə, heç bir sərt oyun yox idi. Bu futboldur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC