Paris-2024: Taekvondoçumuz mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

Bu gün Azərbaycanın daha 4 təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Presssport.az xəbər verir ki, ilk olaraq taekvondoçumuz Qaşım Maqomedov dayanq üzərinə çıxacaq. 58 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.

Yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Mohamed Eısayed (Misir) və David Losonçi (Macarıstan) ilə üz-üzə gələcək.

Ölkəmizi bu idman növündə təmsil edən Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Xatırladaq ki, avqustun 11-də başa çatacaq Paris-2024-də indiyədək cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) OLimpiya çempionu olub, boksçuMUZ Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC