Zubir hakimlikdən narazı qalıb: "Bu komandayla oynamaq və udmaq olar, səfərdə İlk hədəf oyunun taleyini 90 dəqiqədə həll etməkdi"

“TOP səviyyədə oyun keçdi. Biz də bunu gözləyirdik, buna hazırlaşırdıq. Gələn həftə pley-offa vəsiqə qazanmağa şansımız olacaq. Əlimizdən gələni edəcəyik ki, bu bir həftədə daha yaxşı məşq edək və inşallah, səfərdən yaxşı nəticəylə qayıdaq”.

Presssport.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının III təsnifat mərhələsinin "Ludoqorets"lə Bakıda keçirilən ilk oyunundan sonra keçirdiyi brifinqdə deyib.

32 yaşlı fransalı sol cinah yarımmüdafiəçisi 1:2 hesabıyla uduzduqları görüşdə bəxtlərinin gətirmədiyini düşünür: “Bu, futboldu, olanı qəbul etməliyik. Ümid edirəm ki, gələn həftə bəxtimiz daha çox gətirəcək və yaratdığımız fürsətlərdən daha çox qol vura biləcəyik. Bu, bizə növbəti mərhələyə vəsiqə qazanmağa kömək edəcək”.

Zubir hakimlik haqda da söz açıb: “Əslində, hakimliklə bağlı şərh etməyi sevmirəm. Sadəcə, bunu deyərdim ki, bizə çox yüngül hallarda sarı vərəqə göstərirdi, o biri tərəfə isə daha çox göstərə bilərdi. Belədi, bunu qəbul etməliyik”.

Səfər qarşılaşmasından gözləntilərini bölüşən Abdullah öz güclərinə inandıqlarını vurğulayıb: “Bilirik ki, bu komandanı keçə bilərik. Bu komanda ilə oynamaq və udmaq olar. Növbəti mərhələyə vəsiqə qazana bilərik. İlk hədəf oyunun taleyini 90 dəqiqə ərzində həll etməkdi. Sözsüz ki, oyun əlavə hissəyə və ya penalti zərbələrinə getsək, buna hazır olacağıq".

Xatırladaq ki, Razqraddakı həmin görüş avqustun 13-də Bakı vaxtilə saat 22:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC