Alfonso Dominqes: "Olimpiadada Azərbaycan xalqını təmsil edirəm, ona təşəkkür edirəm ki, məni öz oğulları kimi qarşıladılar və..."

“Burda ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm. Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşamağa imkan verdi”.

Presssport.az xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi “İnstagram” hesabında yazıb.

92 kq çəki dərəcəsində mübarizə aparan milliləşdirilən kubalı legionerimiz turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladıb, təmsil etdiyi ölkəyə minnətdar olub: "Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, məni öz oğulları kimi qarşıladılar və Olimpiadada çıxış etməyə şans yaratdılar".

Xatırladaq ki, Azərbaycan boks tarixində ilk dəfə 2 Olimpiadada medal qazanan, Tokio-2024-ün bürünc mükafatçısı olan Dominqes bu dəfə finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək. Avqustun 10-da baş tutacaq həmin qarşılaşma Bakı vaxtı ilə saat 00:34-də start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC