"Sent-Patriks Atletik"lə matçda "Sabah"a kömək edə bilməyəcəklər - 2-si dəqiq, 1-si sual atındadı

“Sabah” Dublində İrlandiyanın “Sent-Patrik Atletik” komandası ilə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

Presssport.az xəbər verir ki, hələ ötən mövsüm zədələnən lüksemburqlu Vinsent Till və “Makkabi”(Hayfa) ilə II təsnifat mərhələsində Bakıdakı cavab oyununda sıradam çıxan Ayaz Quliyev Dublindəki görüşü buraxacaq. 

Adıçəkikən yarımmüdafiəçilər əməliyyatdan sonra bərpa proseso keçir.Quliyev bir neçə həftə sonra sıraya qayıdacaq. Hələ də Vətənində Till olan isə bu ay məşqlərə davam qoşulacaq. 

İyunda əməliyyat olunan, lakin artıq məşqlərə başlayan Anatoli Nuriyevin də “Sent-Patriks Atletik”lə görüşdə iştirakı sual altındadı. Belə ki, millimizə də cəlb olunmuş adıçəkilən yarımmüdafiəçi hələ tam hazır omayaraq oyun praktikası sarıdan ciddi korluq çəkir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC