"Neftçi" Portuqaliyadan futbolçu gətirir - 2 illik müqavilə imzalayacaq

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındı.

Presssport.az xəbər verir ki, Bakı təmsilçisi Portuqaliyanın "Çaves" klubundan ayrılan Rafael Quzzo ilə razılıq əldə edib. 

Bu barədə həmin ölkənin məşhur "A Bola" nəşri məlumat yayıb.

Belə ki, 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi Azərbaycan klubu ilə 2 illik müqavilə imzalayacaq.

Rafael ötən mövsüm yerli "Çaves"in heyətində meydana çıxdığı 17 çempionat oyununda 2 qol vurub. Təcrübəli orta xətt oyunçusu Portuqaliyanın U-21 milli komandasının üzvü olaraq 3 matçda forma geyinib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC