Renduliç söz verdi: "İnanırıq ki, sabahkı çətin, ağır oyundan qalib ayrılacağıq"

"Qarşıda bizi çox çətin və ağır oyun gözləyir. Rəqibin müəyyən üstünlükləri var. Öz çempionatınlarında çıxış edirlər və 26 oyun keçiriblər. Fiziki cəhətdən bir balaca daha üstündürlər. İnanırıq ki, sabahkı çətin, ağır oyundan qalib ayrılacağıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç  Konfrans Liqasının III təsnifat mərhələsində "Sent Patriks Atletik”lə (İrlandiya) ilk matç öncəsi mətbuat konfransında deyib.

"Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz veririk. Vuruşacağıq ki, növbəti mərhələyə yüksələn tərəf olaq" - deyə xorvatiyal mütəxəssis söyləyib.

Xatırladaq ki, sabah keçiriləcək "Sent Patriks Atletik" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC