Paris-2024: Maqomedov finalı zədə üzündən bitirə bilmədi, Azərbaycana gümüş medal qazandırdı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Presssport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan 25 yaşlı milliləşdirilən dağıstanlı idmançımız finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün 2-ci pilləsinə yüksəksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Belə ki, Maqomedov görüş zamanı ayağından ziddi zədə alıb. Ayağını yerə basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

Xatırladaq ki, avqustun 11-də başa çatacaq Paris-2024-də indiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub, boksçumuz Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC