Miroslav Kloze Mahir Emrelini çox təriflədi: "O, II Bundesliqada mübarizə aparacaq gücdədi"

Almaniyanın "Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferi haqda danışıb.

Presssport.az məşhur “Bild” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçumuzu tərifləyən III Bundesliqa təmsilçisinin çalışdırıcısı həqiqətən çox yaxşı oyunçu qazandıqlarını söyləyib:

“Mahiri komandaya gətirməklə bizdə çatışmayan, bir az fərqli keyfiyyətləri olan, yaxşı bir oyunçu qazandıq. Yaxşı təcrübəyə malikdi. Emreli II Bundesliqada mübarizə aparacaq gücdədi. Bu liqanın fiziki tələbatına cavab verən möhkəmliyə malikdi”.

Klozenin fikrincə, Mahir digər yeni transfreləri Robin Knok kimi əla xarakterə sahibdi: "Emreli çox yaxşı futbolçudu, əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir”.

Xatırladaq ki, Mahir “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC