"Qarabağ"dan niyə də qorxmalıyıq? Qorxursansa, niyə oynayırsan?" - "Kəpəz"in kapitanı

"Kəpəz"in belaruslu kapitanı Yeqor Xvalko müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir:

- Premyer Liqanın ilk turunda "Sumqayıt"a uduzdunuz. Səncə, şansınız gətirmədi, yoxsa yaxşı oynamadız?

Fikrimcə, matçın bizim üçün yaxşı olduğunu söyləməyə dəyməz. Biz çox zəif oynadıq, məşq etdiyimiz, məşqçinin bizdən tələb etdiyi şeyləri meydanda ümumiyyətlə heç yerinə yetirə bilmədik. İlk hissədə oyuna qayıtmaq şansımız oldu, rəqib qapıçı komandasının köməyinə gəldi. Amma obyektiv olsaq, “Sumqayıt” bizdən tam üstün oldu.

- "Kəpəz"in heyətində böyük dəyişikliklər olub. Səncə, yenilər də yaxşı futbolçulardır? Komandanın yaxşı çıxış etməsi üçün nə qədər vaxt lazımdır?

Hələ ki, yalnız bir matç geridə qalıb. Hər bir oyunçunun performansını qiymətləndirmək çətindir. Düşünürəm ki, uzun müddətdən sonra bunu görəcəyik. Bunu sizə deməyəcəyəm, mən mütəxəssis deyiləm. Ötən mövsüm bizə çempionatın birinci hissəsi lazım gəldi ki, ikinci hissədə yaxşı çıxış edək. Amma indi nə qədər vaxt lazım olduğunu bilmirəm.

- Sabah "Qarabağ" önünə çıxacaqsınız. Bu komanda sizin üçün qorxulur gəlir? Ötən mövsüm də böyük hesablarla uduzmuşdunuz...

Qorxulu heç nə yoxdur. Bu futboldur. Niyə də qorxmalıyıq? Futbolu oynamaq və həzz almaq lazımdır. Qorxursansa, niyə oynayırsan?

- Onlardan necə xal almaq olar?

Belə rəqiblə görüşdə lazımsız səhvlər etmək olmaz. İstənilən halda kompakt futbol oynamaq lazımdır. Hər bir rəqiblə futbol oynamaq və məşqçilər korpusunun tələblərini yerinə yetirmək lazımdır.

- Yeri gəlmişkən, necə fikirləşirsən "Qarabağ" "Ludoqorets" səddini keçməyə qadirdi?

Məncə, "Qarabağ" "Ludoqorets" səddini keçəcək. Çünki "Ludoqorets"in də oyununu görmüşəm. "Qarabağ"a qarşı da dəfələrlə oynamışam. Məncə, "Qarabağ" "Ludoqorets"dən daha güclüdür. 

- "Kəpəz" bu mövsüm Premyer Liqada qala biləcək? "Şamaxı" Premyer Liqanın ilk turunda xalsız qalmadı...

Üçüncü ildir ki, "Kəpəz"də oynayıram. Hər il əksəriyyət deyir ki, "Kəpəz" aşağı liqaya düşəcək. İki ildir işimizlə bunun əksini sübut edirik. Daha da çox çalışacağıq və bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik (sportal.az). 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC