"Qarabağ" - "Kəpəz" oyununun biletləri satışda

Premyer Liqasının II turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.

Presssport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. 

Belə ki, qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Onu da bildirək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC