"Zirə" Xorvatiyada son saniyə qoluyla məğlubiyyətdən xilas oldu

“Zirə” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.

Presssport.az xəbər verir ki, "Opus Arena"da baş tutan matç qollu heç-heçə yekunlaşıb.

Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq özü qazandığı penaltidən dəqiq zərbə ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda "Dalğa Arena"da keçiriləcək.

8 avqust

22:00. "Osiyek" (Xorvatiya) - "Zirə" (Azərbaycan) - 1:1 

Qollar: A. Matkoviç, 39 - R. Utziq, 90+5-pen.

Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (Yunanıstan) 

"Opus Arena", Xorvatiya.

"Osiyek": 1. Nikola Kalvina, 36. Nail Ömeroviç, 26. Luka Jeleniç, 5. Styopa Mkrtçyan, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Juqoviç (k), 39. Domaqoy Bikviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç

Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 3. Andre Duart, 4. Kreşimir Vrbanak, 10. Pedro Lima, 11. Risenio Keval, 14. Marko Soldo, 18. Niko Farkaş, 45. İvan Barik, 49. İvano Kolarik, 55. İvan Çvijanoviç, 98. Simun Mikolçiç

Bşa məşqçi: Federiko Koppitelli

"Zirə": 97. Tiaqo Silva, 70. İssa Cibrilla, 3. Anje Mutsizni, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 21. hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 18. martins Junior, 90. Davit Volkov, 29. Ceyhun Nuriyev, 11. Rüstəm Əhmədzadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 5. Stefan Aka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev,  14. Elçin Əlicanov, 15. Pyer Zebli, 16. Fuad Bayramov, 23. Rafael Utziq

Baş məşqçi: Rəşad Sadıqov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC