"Matç zamanı məndən “Zirə”nin bizə qol vura biləcəyini soruşsaydınız, “yox” cavabını verərdim” - "Osiyek"in baş məşqçisinin etirafı

Xorvatiyanın “Osiyek” klubunun baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Zirə” ilə bərabərə qalmaqlarını şərh edib.

Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis təmsilçimizlə 1:1 hesablyla nəticələnən görüşün onların nəzarəti altında keçdiyini vuğrulayıb: “Amma bir səhv ən yaxşı nəticəni əlimizdən aldı. “Zirə”yə heç nəyə imkan vermədik. Onların hücumçularına çox yaxşı nəzarət etdik. Lakin səhvlərdən sonra inkişaf etməliyik. Öz oyunumuzdan əl çəkmədik. Bir anda özümüzü çoxlu yorğun insanların olduğu bir sahədə gördük. Düzünü desəm, matç zamanı məndən “Zirə”nin bizə qol vura biləcəyini soruşsaydınız, “yox” cavabını verərdim”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC