Azərbaycana güləşdə ilk medal qazandıran: "Şükürlər olsun ki, Olimpiadadan əliboş qayıtmadım"

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov mükafatlandırılıb.

Presssport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan idmançıya bürünc medal təqdim olunub.

Cəfərovun çıxış etdiyi çəkidə qızıl medal Səid Esmaili Leivesə (İran) təqdim olunub. Ukraynanı təmsil edən əslən azərbaycanlı Pərviz Nəsibov gümüş, kubalı Luis Alberto Orta Sançes isə bürünc medal qazanıb.

Azərbaycan yığmasının üzvü üçüncü yer uğrunda görüşdə qələbə qazandığı üçün sevincli olduğunu söyləyib: "Məni dəstəkləyən və qələbəmə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm. Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcəklər".

Qeyd edək ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova 8:0 hesabı ilə qalib gəlib. Bununla da o, Azərbaycanın güləş yığmasının aktivinə ilk medalı yazdırıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC