Renduliçin məğlubiyyət şərhi: "Nəticə bizim üçün yaxşıdı"

Konfrans Liqasının III təsnifat mərhələsində "Sent-Patriks"lə qarşılaşan "Sabah" ilk oyunda rəqibinə 0:1 hesablyla uduzub. 

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı Krunoslav Renduliç İrlandiyadakı məğlubiyyət ilk olaraq rəqibi təbrik edərək, bu gün qələbəyə layiq olduğunu vurğualyıb: "İlk 10-12 dəqiqə demək olar ki, topa nəzarət tamamilə bizim tərəfdə idi. Lakin sonra lazımsız səhvlər etdik, qərarları vaxtında verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdır. İlk 90 dəqiqəni 1:0 hesabı ilə uduzmuşuq, hələ heç nə həll olunmayıb".

Xatırladaq ki, "Sabah" - "Sent-Patriks" görüşü avqustun 15-i saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC