Şuaybu qol vurdu, "Qəbələ" qələbə qazandı

Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. 

Presssport.az xəbər verir ki, qırmızı-qaralar” Qəbələ şəhər stadionunda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 2-ci matçına çıxıb. 

Kaxabere Tsaxadzdenin komandası I Liqada rəqibi olan  “Zaqatala” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan görüşdə "Qəbələ" 2:0 hesabı ilə qalib gəlib. Komandanın heyətində Abdullahi Şuaybu və Laurent Mendi fərqlənib.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC