Şükürov sifariş edəcəkləri yeni transferdən danışdı: "Azarkeşlər belə nəticələri qəbul etmir"

"Kəpəz" Misli Premyer Liqasının II turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda danışıb. 

- Yeni qurulan komandayıq. Yeni oyunçular gəlib. Komanda formalaşdırmaq müəyyən vaxt alacaq. Belə nəticələrin olması da təbiidir. Komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışırıq. Ötənilki kimi mübariz komanda formalaşdırmaq istəyirik. Bu yöndə də işimiz davam edir.

- Danışıq apardığınız futbolçu var?

- Bir nəfər var. Keverton bizimlədir. Çalışacağıq ki, gələn həftə sifariş edək, oyunlarda iştirak etsin.

- Komandanı qurmaq üçün nə qədər vaxt lazımdır?

- Özüm komandaya inanmaq istəyirəm. Məşqçi olaraq komandaya inanmalıyıq. "Kəpəz" elə-belə komanda deyil, tarixi klubdur. Azarkeş də bu məğlubiyyəti, belə nəticələri qəbul etmir. Biz də etmirik, istəmirik. Məğlubiyyətlər acıdır. Futbolçuların psixoloji durumlarını düzəltmək istəyirik. Hər kəs istəyir ki, əvvəlki komanda qurulsun. Ötənilki komandanın demək olar ki, 80-90 faizi yoxdur.

- "Kəpəz"in oyunçularını Premyer Liqanın digər klubları götürür. "Zirə" üç futbolçunuzu transfer etdi. Ola bilər ki, bu fubtolçularla uzunmüddətli müqavilə imzalayasız?

- Bu yöndə də işlərimizi aparırıq. Əksər oyunçularla 1+1 şərtilə müqavilə imzalayırıq ki, gələn il komandanı gücləndirək. Futbolçularla 3 illik müqavilə imzalamaqla deyil, müqavilə şərtlərini yerinə yetirmək lazımdır. Komandaya dəstək olmalıdır. Olmayanda, istəyirsən 10 illik müqavilə imzala, əhəmiyyəti qalmır. Futbolçunu saxlamaq üçün müəyyən artım olmalıdır. Ödəyə bilmiriksə, komandanın aparıcı oyunçuları gedir. Tam başqa fikirləşirdik, başqa şeylər qarşımıza çıxdı. Hər kəsdən də istəyirəm ki, mübariz "Kəpəz" üçün səbirli olsun.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC