Paris-2024: Boksçumuz gümüş medal qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final döyüşünü keçirib.

Presssport.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Dominqes gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, avqustun 11-də başa çatacaq Paris-2024-də indiyədək cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC