"Bolqarıstanda hər şeyə hazırıq - hətta əlavə vaxta, penaltilərə də" - Bədavi Hüseynov

“Oyuna pis başlamadıq. Hələ mövsümün əvvəlidir. Bu, hiss olunur. “Kəpəz” barədə də eyni sözləri demək olar. Görünür ki, onlar da tam hazır deyillər. Ümumilikdə bizim üçün yaxşı oyun alındı. Qol şanslarımız var idi. Daha da çox fərqlənə bilərdik”.

QOL.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Misli Premyer Liqasının 2-ci turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Təcrübəli futbolçu ilk hissədə rəqib qapısına yol tapa bilməmələrinin səbəbini belə izah edib: “Kəpəz” yaxşı müdafiə olunurdu. Onlara əhsən. Görünür ki, yaxşı təşkilatlanmış komandadırlar. Birinci hissədə fərqlənmək üçün qol imkanlarımız var idi. Onlardamn istifadə edə bilmədik. Fasilədən sonra oyunumuzu korrektə etdik və lazımi qolları vurduq”.

O, əvvəlki matçlardan fərqli olaraq bu dəfə “Kəpəz”lə oyunda cəmi 3 qol vurmaları barədə də danışıb: “Hələ mövsümün əvvəlidir. Bir qədər oyun təcrübəsi lazımdır. Zaman keçdikcə artıracağıq”.

B.Hüseynov qeyd edib ki, “Ludoqorets” səfərinə uğur qazanmaq üçün yollanacaqlar: “Komandada əhval-ruhiyyə yaxşıdır. Səfərə iddialı yollanacağıq. Çünki ilk görüşdə oyun baxımından “Ludoqorets”ə heç nədə uduzmamışdıq. Müəyyən çatışmazlıqları düzəltsək, hər şey yaxşı olacaq. Daha soyuqqanlı olmaq lazımdır. Eləcə də səfərdə Bakıdakından da yaxşı oynamalıyıq”.

“Sizcə, “Ludoqorets”lə səfər matçında cütün taleyi baxımından hansı amil həlledici olacaq?” sualını “Qarabağ”ın kapitanı belə cavablandırıb: “Biz hər şeyə hazırıq - hətta əlavə vaxta, penaltilərə də. “Ludoqorets” yaxşı komandadır. Heyətlərində çox güclü futbolçuları var. Əks hücumları da çox təhlükəlidir. Bir sözlə, hər şeyə hazır olmalıyıq” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC