"Bütün Azərbaycanın dəstəyini hiss edirdik" - bədii gimnastika yığmamızın üzvü

“Azarkeşlər bizi dayanmadan dəstəkləyirdilər. Burada bütün Azərbaycanın dəstəyini hiss edirdik”

Presssport.az xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova kollektivin Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında göstərdiyi nəticədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, möhtəşəm dəstək gördüklərini söyləyib: "Azərbaycanı layiqincə təmsil etdiyimizə görə çox sevinirik. Əlimizdən gələni etdik, tarixi nəticəyə imza atdıq. Başda Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi olmaqla, bütün məşqçilərə, xareoqraflara, hamıya minnətdarlığımı bildirirəm. Arenada olan müsbət ab-hava da çıxışımıza yaxşı təsir etdi. Ümid edirəm ki, bizə güvənənlərin etimadını doğrultduq".

Qeyd edək ki, təmsilçimiz Paris olimpiadasında 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq (report.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC