Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib.

Presssport.az təbrik paylaşımını təqdim edir:

"Əhsən! Sizinlə fəxr edirəm!

Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!".

Xatırladaq ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız 66.450 xalla 5-ci pilləni tutub. Bu da Azərbaycanın indiyəqədərki ən yüksək nəticəsi kimi tarixə düşüb. Daha əvvəl bədii gimnastika komandamız Pekin-2008-də 7-ci, Tokio-2020-də isə 10-cu yeri tutmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC