"Giorgi Meşvildişvili böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi" - Mikayıl Cabbarov

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Giorgi Meşvildişvili təbrik edib.

Presssport.az xəbər verir ki, bu barədə federasiyanın başçısı sosial şəbəkədə yazıb.

“Olimpiya Oyunlarında güləşdə ikinci medalımızı qazandıq. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik”, - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanın güləşdə hələ ki 2 bürünc medalı var.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC