“Barselona” azərbaycanlı qapıçı transfer edib

İspaniya “Barselona”sının B komandası azərbaycanlı qapıçını transfer edib.

Presssport.az xəbər verir ki, müxtəlif yaş qruplarından ibarət yığmalarımızın üzvü olmuş Eldar Tağızadə “Barselona Atletik”in şərəfini qoruyacaq.

Belə ki, 21 yaşlı qapıçı azad agent kimi İspaniya klubunda çıxış edəcək.

Klubla idmançı arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdi. 

“Barselona”da çıxış edəcək ilk azərbaycanlı futboçu olacaq. Tağızadənin son klubu iyulun əvvəlində tərk etdiyi "FK Polvorin Luqo" olub.

Qeyd edək ki, "Barselona Atletik" Primera Federasiyasında (İspaniyanın Primera və Sequndadan sonra üçüncü ən güclü futbol liqası) çıxış edir. Ötən mövsüm komanda 3-cü yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC