Qriqorçuk qalib gəlmədiklərinə görə özünü pis hiss edir: "Hansısa futbolçum azarkeşə söz deyirsə belə, onlara haqq qazandırmaram"

"Neftçi" Misli Premyer Liqasının II turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu necə dəyərləndirərdiniz?

- İlk hissədə kifayət qədər qol epizodu yaratdıq. Amma bunları qola çevirə bilmədik. Onlardan yararlansaydıq, oyun başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm. Çünki meydanda özünün ən yaxşısını qoymayan oyunçu yox idi. Qələbə qazanmaq istəyirsənsə, epizodları vurmaq lazımdı.

- Matçdan sonra futbolçularla azarkeşlər arasında problem yaşandı. Ervin Koffi azarkeşə butulka atdı. Orada nə baş vermişdi?

- "Neftçi" şübhəsiz ki, hər oyunda qələbə qazanmalıdır. Azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda, neqativlik yaranır. Epizoddan uzaqda idim. Bilmirəm səbəb nə idi ki, oyunçularla azarkeşlər arasında problem yaşandı. Düşünmürəm hansısa səbəb var ki, oyunçulara belə irad bildirilsin. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz deyirsə belə, onlara haqq qazandırmaram. 

  • - Koffiyə cəza olacaq?
  • - Hər şeyə dəqiq cavab verdim. Bilmirəm orada nə baş verib. Heç nə eşitməmişəm. Azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə baş verməlidir? Futbolçuya, komandaya hörmət etmək lazımdır. İstedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdi. Oyunçularla azarkeşlər arasında sivil münasibət olmalıdır. Özümüzü pis hiss edirik ki, qalib gəlmədik.

 - Kilan Lebon niyə start heyətində meydana çıxmadı? 

Deyə bilmərəm ki, Lebondan öncə başqa cür oynadıq, girəndən sonra oyun dəyişdi. Lebon meydana əla daxil oldu. Çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. Kilan komandaya sonradan qoşuldu. O, özünü çox yaxşı tərəfdən göstərdi. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq.

- Azarkeşlər Emin Mahmudovdan soruşurdular ki, "Qarabağ"a necə çatacaqsız? Növbəti turda da "Sabah"la oynayacaqsız. Düşünmürsüz ki, gələn oyundan sonra azarkeşlər məhz sizin özünüzü ora dəvət edəcək?

- Hər zaman azarkeşlərlə söhbət etməyə açığam. Bu suala necə cavab verim, bilmirəm. "Qarabağ" çox güclü komandadır. Niyə də hər iki “cəbhə”də oynayıb, xallarını qazanmasın? "Qarabağ" çempionatda ən güclü komandadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC