"Qarabağ" 1 milyon avroya qapıçı transfer edir

Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” heyətinə yeni əcnəbi qapıçı 

qatmağı planlaşdırır.

Presssport.az xəbər verir ki, Azərbaycan çempionu Polşanın "Stal" klubunda çıxış edən Mateuş Koçalskini transfer etmək istəyir. 

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir. Qeyd olunub ki, "Qarabağ" Koçalski üçün "Stal"a 1 milyon avro təzminat ödəyəcək.

Onu da bildirək ki, "Stal" Mateuşu 2022-ci ilin yayında “Legiya”dan transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC