"Turan Tovuz" Berdıyevin rəhbərliyi altında ilk qələbəsini qazanıb

Misl Premyer Liqasında II turun 2-ci oyun gününə Tovuzda start verilib.

Presssport.az xəbər verir ki, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

Oyub meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 34-cü dəqiqədə Xəyal Nəcəfov qonaqların qapısından keçirib.

Bu nəticənin ardından Tovuz təmsilçisi yeni baş məşqçisi Kurban Berdıyevin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC