"Zirə" "Qarabağ"la şərikli lider oldu

Bu gün Misli Premyer Liqasında II turun görüşlərinə yekun vurulub.

Presssport.az xəbər verir ki, turun son matçında "Sabah" "Zirə"ni qəbul edib.

"Bank Respublika Arena"da reallaşan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 50-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Rafael Utziq açıb. Bundan 2 dəqiqə sonra meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edən "Zirə"ni digər legionero Salifu Suma yekun hesabı müəyyənləşdirib.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. "Araz Naxçıvan" "Şamaxı"nı, "Turan Tovuz" isə "Sumqayıt"ı minimal hesabla üstələyib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.

Ardıcıl ilk iki turda hərəyə 2 qələbə qazanan "Qarabağ" və "Zirə" ilk 2 pilləni bölüşür. 4 xala malik "Turan Tovuz" 3-cü, 3 xalı olan "Sumqayıt"la “Araz Naxçıvan” 4-5-ci sıralarda qərarlaşıb. Mövsümə iki heç-heçə ilə başlayan "Neftçi" 6-cı, 1 xalı olan "Sabah", "Şamaxı" və "Səbail" müvafiq olaraq 7-9-cu pillələri, 0 xalla sonuncu yeri isə "Kəpəz" tutur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC