Ninqa "Mehdi Hüseynzadə"də açılışda "Sumqayıt"ı sevindirdi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXI turun 2-ci oyun günüdü. 

Presssport.az xəbər verir ki, tura Sumqayıtda start verilib.

Belə ki, “Sumqayıt” əsaslı təmir və yenidənqurma işlərindən sonra Mehdi Hüseynzadə adına şəhər stadionuna qayıdıb.10 illik fasilədən sonra bu arenada keçiriləcək ilk matçda rəqib “Neftçi” olub. "Sumqayıt"ın çadıı hücumçusu Kasimir Ninqa dubluyla matçın qəhrəmanı olaraq komandasına 2-ci pilləyə yüksəldən qələbə qazandırıb.

Xatırladaq ki, dünən startı verilən hesabat turu sabah “Kəpəz” - “Araz-Naxçıvan” matçıyla yekunlaşacaq. 

 

4 fevral (bazar)

15:00. “Sumqayıt” – “Neftçi” - 2:1

QOLLAR: K.Ninqa, 8, 37 - F.Ozobiç, 90+7
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Cari çempionatdakı matçlar - 0:1, 2:1

Sumqayıt”: 1. Mehdi Cənnətov. 14. Elvin Bədəlov (k). 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

“Neftçi” 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC