"Hədəfim Fransada bayrağımızı yüksəklərə qaldırmaqdı" -dünya çempionatı mükafatçımız

"Hədəfim Fransanın paytaxtında Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, medal qazanmaqla boksçulara bəslənilən ümidləri doğrultmaqdır. Bu məqsəd üçün nə lazımdırsa, edəcəm və çalışacam ki, öz çəkimin ən güclüsü olduğumu sübuta yetirim".

Presssport.az xəbər verir ki, bunu Azərbaycan boksçusu Məhəmməd Abdullayev Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

+92 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı ABŞ-nin Kolorado ştatında baş tutan hazırlığı dəyərləndirib.

O bildirib ki, ABŞ-də artıq 4 illiyin ən möhtəşəm yarışına xüsusi proqramla çalışmalara başlayıb: “Bir neçə sınaq döyüşü də keçirdim. Rəqiblərim çox güclü idi. ABŞ-nin Olimpiya lisenziyaçısı, Tokio-2020-nin mükafatçısı ilə gücümü yoxladım. İrəliləyiş görünür. Çəkimi nəzərə alaraq güclü rəqiblərimin olması mənim üçün böyük üstünlükdür. Məqsədim Olimpiadaya kimi ən yaxşı formamı yığmaqdır”.

Abdullayev Olimpiadada var gücü ilə çalışacağını və adını ölkə boksu tarixinə yazdırmaq istədiyini vurğulayıb: “Bu il bizim üçün ikiqat əlamətdar, eyni zamanda məsuliyyətlidir. Həm Azərbaycan boksunun 100 illiyidir, həm də Olimpiya ilidir. Paris-2024 yolunda ilk addımı atmışam. Krakovda təşkil olunan Avropa Oyunlarında lisenziya qazanmışam. İndi bunun davamını gətirmək istəyirəm".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC