"Bavariya" onu istəyir" - Lunyovun agenti

"Bavariya" Rusiya MOİK-indən futbolçu almağı planlaşdırır.

Presssport.az xəbər verir ki, bu barədə “Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov “Teleqram” səhifəsində paylaşım edib.

Belə ki, Özbəkistanın millisinin futbolçusu Abbosbek Fayzullayev Münhen klubuna keçə bilər:

“Bavariya” futbolçunu hətta U-23 millisində oynayanda da bəyənib və hazırda Almaniya skautinq xidmətinin “radar”ındadı".

"Paxtakor"un sabiq cinah yarımmüdafiəçisi olan 20 yaşlı Fayzullayev 2023-cü il avqustun 4-də “hərbçilər”ə keçib. Onun ordu klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC