Hələ "Bakı", "Xəzər Lənkəran" olanda - Premyer Liqamız çoxdandı bunu görməmişdi

Premyer Liqada son olan XXI turda bütün komandalar meydanı qolsuz tərk etməyib.

Presssport.az-ın araşdırmasına görə, bu, 2-ci mövsümdü keçirilən 10 komandalı çempionatda ilk dəfə qeydə alınıb.

Yəni, ötən çempionatda 36, bu mövsümdəsə 20 turda belə şey olmamışdı ki, bir turda bütün komandalar qol vursun. 

Son dəfə belə qolçuluq 8 komandalı olduğu son mövsümdə - 2021/22-də olub. Onda oktyabrın 17-18-də keçirilən VII turda 4 matçda 10 qol vurulmuşdu. Bu da orta məhsuldarlığın 2,5 qol olması deməkdi. Son turda 5 matçda qapılardan 14 top keçirilib. Bu isə məhsuldarlığın daha yüksək - 2,8 qol olması deməkdi. 

10 komandalı çempionatda son dəfə bir turda hamının qol vurması isə 2014/15 mövsümünün sonuna yaxın - XXXII turda olub. Maraqlıdı ki, onda da 5 oyunda 14 qol olmuşdu. Həmin vaxt hələ "Bakı", “Xəzər Lənkəran”, “Simurq” çıxış edirdi ki, bu klublar artıq tarixi yaddaşına köçüb, "İnter" isə “Şamaxı" adlanaraq indi I Liqada çıxış edir. Hazrıkı Premyer Liqa iştirakçılarından yalnız 4-ü - “Qarabağ”, ”Neftçi", “Neftçi”, "Sumqayıt" onda da oynayırdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC