Azərbaycan Cüdo Federasiyasınından şuşalı yeniyetmələr üçün ustad dərsi

Azərbaycan Cüdo Federasiyasının təlim-məşq mərkəzində, Şuşa Uşaq Gənclər İdman Məktəbinin yeniyetmələri üçün ustad dərsi keçirilib. 

Presssport.az xəbər verir ki, ustad dərsində cüdo üzrə Avropa çempionları və Dünya mükafatçıları Əbil Yusubov və Məhəmməd Musayev iştirak ediblər və iştirakçılarla öz təcrübə və biliklərini ilə bölüşüb, lazımi tövsiyə və məsləhətlərini veriblər. İştirakçılar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC