"Səbail"də köhnə zədəlilərindən 3-ü qayıtdı - bu ilk ilk dəfə "23-lük"də olacaqlar

“Səbail”in köhnə zədəlilərindən 3-ü sıraya dönüb.

Bu haqda Presssport.az-a danışan komandanın baş məqşçisi Şahin Diniyev qapıçı Səlahət Ağayev, müdafəçilər - israilli Nir Bardea və Süleyman Əhmədovun “Zirə”ylə Azərbaycan Kubokunun 1/4 final mərhələsində bugünkü cavab görüşündə heyətdə olacaqlarını söyləyib: “Hər 3-ü matçın “23-lüy”ündə yer alacaq və bu, qış fasiləsindən sonra ilk dəfə olacaq. Ancaq onların hazırlıq durumları tam yüz faiz deyil deyə bir az da qorumaq məcburiyyətindəyik. Belə deyək, hazırlıq baxımından Bardeada hardasa 90, Səlahətdə 70-80, Süleymanda isə 50 faizdi. Sonuncu yeni başlayıb, 3-4 gündü ümumi qrupda hazırlığa qoşulub. Lakin ehtiyatda oturmaları o demək deyil ki, oynayacaqlar. Sadəcə, komandanın atmosferinə qoşmaq istəyirik”.

Məlumdu ki, “dənizçilər” Zirə İdman Kompleksinin stadionunda təbii ot örütüyündə oynayacaq. Diniyev matçöncəsi son məşqi orda etməyi lazım bilməyərək, qərarını belə əsaslandırıb: "Düşündük ki, 1 gün təbii otla süni qazonu dəyişmək effekt verməyəcək. Həm də qısa, taktiki məşq idi deyə öz meydançamızda - “ASCO Arena”da hazırlıq keçdik".

Xatırladaq ki, Ağayevlə Bardea qış fasiləsində Antalya toplanışında əzələlərini dartdıqlarına görə bu il hələ ki oynamayıblar. Əhmədov keçən ilin sonunda əməliyyat olunduqdan sonra qış təlim-məşq toplanışını buraxmalı olub. “Səbail”in cinah yarımmüdafiəçiləri olan kapitan Ağabala Ramazanovla fransalı David Qomis üçünsə cari mövsüm demək olar artıq başa çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC