"Kəpəz" son qış transferini edir: "Vaxtilə Premyer Liqada görmüşük, indi də görürük ki, gücümüzə güc qatır"

“Kəpəz” Premyer Liqanın qış "transfer pəncərəsi"nin bağlanması ərəfəsində yeni futbolçunun keçidini rəsmiləşir.

Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Adil Şükürov yarımmüdafiəçi Ədilxan Qarəhmədovu PFL-dən qeydiyyatdan keçirmək üzrə olduqlarını söyləyib: “Keçid bu günə həlli olunacaq. Ədilxan yanvar toplanışından bizimlədi, məşqlərə başladı. Ədilxan son klubu olan "İrəvan”la müqaviləsinə xitam verdi. Artıq sənədini alaraq sərbəst futbolçudu. Ona görə daha tez sifariş edə bilmədik ki, "İrəvan"la müqaviləsi vardı. Nəhayət, özü bunu həll edərək transfer vərəqini götürüb. Qarəhmədovla uzunmüddətli müqavilə imzalamaq fikrindəyik. Yəni, bu, “6 ay+1” şəritylə olacaq".

Şükürov “Səbail”də böyük perspektiv vəd edən, amma inkişaf edən bilməyən 23 yaşlı Qarəhmədovu böyük ümidlər bəsləyir: “Ədilxanı daha çox Premyer Liqada oyunlarını görmüşük, göstərdiyi performansıyla tanışıq. Bu gün də baxırıq ki, həqiqətən komandanın gücünü güc qatacaq futbolçudu”.

Xatırladaq ki, qış “transfer pəncərəsi" bu gün - fevralın 8-i saat 23:59-dək açıq olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC