"Turan Tovuz" sındırılmış 6 oturacağa görə stadiona dəymiş zərəri ödəyəcək

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Presssport.az Premyer Liqada baş verən xoşagəlməz olaylara hüquqi qiymət verib:

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 36.5);

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılansın (maddə 54.2);


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC