"Araz-Naxçıvan"da ikisi sıraya döndü, biri yox

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab matçında sabah “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün Qəbələ şəhər stadionunun ehtiyat meydanında oyunöncəsi son məşqini keçib. Presssport.az xəbır verir ki, təxminən 1 saat davam edən taktiki-texniki məşq prosesində müalicəsini davam etdirən müdafiəçi Abdulla Rzayev iştirak etməyib. Əvəzində braziliyalı müdafiəçi İqor Ribeyro və yarımmüdafiəçi Ramin Nəsirli kollektivə qoşulub. Hər iki futbolçu baş məşqçinin şans verəcəyi təqdirdə sabahkı görüşdə iştirak etmək gücündədir.

Qeyd edək ki, “Qəbələ” – “Araz-Naxçıvan” oyunu fevralın 9-da, saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək və “CBC Sport”la canlı yayımlanacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC