Budaq Nəsirovun yeni klubu müəyyənləşdi

"Turan Tovuz"un yollarını ayırdığı Budaq Nəsirovun yeni klubu müəyyənləşib.

Presssport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Karvan"da çıxış edəcək. 

Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, U-19 və U-21 millilərimizdı çıxış etmiş Nəsirov bir neçə gün əvvəl “Turan Tovuz-2”nin heyətində "Səbail-2" ilə qarşılaşma zamanı komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu. AFFA İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb. Bundan sonra "Turan Tovuz" futbolçu ilə müqaviləyə xitam verib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC