PFL I Liqada 2 stadionla bağlı yekun qərar verdi

PFL I Liqa təmsilçilərinin 2-nin stadionuyla bağlı yekun qərar verib. Qurumun marketinq və media direktoru Sənan Abdullayevin PFL-ə verdiyi məlumata görə, “İmişli” və “Qaradağ Lökbatan”ın stadionlarına baxış keçiriblər: “Ordakı vəzyyəti hal-hazırda qənaətbəxş durumdadı. “İmişli”ylə "Qaradağ Lökbatan" liqada qış fasiləsindən sonra ev oyunlarını öz stadionlarında keçirəcəklər”.

Bu yerdə bildirək ki, İmişli şəhər stadionunda cari mövsümün ilk yarısında matçlar keçirilmişdisə, Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda bu, olmamışdı. Belə ki, orda daha çox qazonla bağlı problem olduğuna görə “Qaradağ Lökbatan” bu çempionatda rəqiblərini Binə qəsəbə stadionunda qəbul edib. 

I Liqa təmsilçilərinin stadionlarından söz düşmüşkən, “Difai Ağsu” debüt mövsümünü keçirdiyi I Liqada Ağsu şəhər stadionunda oynayırdısa, sonradan burda təmir işləri getdiyindən qonşu Şamaxıya “köçüb”. Ağsu təmsilçisi qış fasiləsindən sonra da bir müddət Şamaxı şəhər stadionunda ev matçlarını keçirəcək. Ağsu şəhər stadionunda isə təmir işləri plana uyğun davam edir. PFL klubdan baxış keçirməklə bağlı hələ ki bildiriş almayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC