Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib. Presssport.az xəbər verir ki, Olimpiya və Paralimpiya medallarının üz hissəsi eynidir. Hər ikisinin mərkəzində Eyfel qülləsinin konstruksiyasındakı poladdan hazırlanan beşbucaqlı yer alıb. 

Medalın arxa tərəfində qədim yunan stadionu əks olunub. Arenanın mərkəzində qələbə ilahəsi Nika dayanıb. Üfüqdə bir küncdə Afina Akropolu, digərində Eyfel qülləsi görünür. Paralimpiya medallarının arxa hissəsi nisbətən fərqlidir. Burada görmə qabiliyyətini itirənlər üçün nəzərdə tutulan Brayl şrifti ilə “Paris-2024” və “Paralimpiya Oyunları” yazılıb.

Qızıl medal 529, gümüş 525, bürünc 455 qram ağırlığındadır və hər birinin tərkibində Eyfel qülləsinin konstruksiyasından 18 qram əlavə olunub.

Qeyd edək ki, XXXVIII Yay Olimpiya Oyunlarının startına 171 gün qalır.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC