Son 1/4 finalçı "Neftçi" oldu - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Presssport.az xəbər verir ki, son matç “Neftçi Arena”da olub.

Belə ki, “Neftçi” doğma meydanda "Sumqayıt"ı qəbul edib.

Bu, adıçəkilən komandaların son 9 gündə 3-cü duelİ olub. Miodraq Bojoviç komandası bunadək Sumqayıta 2 dəfə səfər etmişdisə, indi ev oyununa çıxıb. Maraqlıdı ki, “Sumqayıt”la “Neftçi”nin 3-cü qarşılaşması da fərqli, yəni 3-cü stadionda baş tutub və bu dəfə bərabərlik qeydə alınıb. Bununla da "Neftçi" mərhələni adlayıb.

Xatırladaq ki, bu cütün qalibini yarımfinalda “Qarabağ” gözləyir.

 

9 fevral (cümə)

19:00. “Neftçi” –  “Sumqayıt” - 1:1

QOLLAR: F.Ozobiç, 26 - R.Kehat, 42

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “Neftçi Arena” stadionu

İlk matç - 3:2

Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 11. Kilan Lebon, 88. Brayan Moreno

Baş məşqçi: Miodraq Bojoviç 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC