Boqomolski də zədənin qurbanı oldu

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin evdəki cavab matçında braziliyalı Andre Şinyaşikinin ardınca belaruslu hücumçu Yeqor Boqomolski də aldığı zədəyə görə oyunu davam etdirə bilməyib.

Presssport.az xəbər verir ki, Yeqor rəqibdən topu alarkən arxa əzələsini dartıb.

Onu son 10 dəqiqədə yarımmüdafiənin sağ cinahında fransalı Kilan Lebon əvəzləyib.

Onu da bildirək ki, Brayan Moreno meydana daxil olandan sonra Boqomolski hücumun mərkəzindən yarımmüdafiənin sağ cinahından çəkilmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC