Renat Dadaşovun komandadında daha bir hücumçu

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" hücum xəttini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Lyublyana "Olimpiya"sından Rui Pedronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı forvardla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, "Hatayspor" "Qalatasaray"dan hücumçu Halil Dervişoğlunu da icarəyə götürüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC