Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Presssport.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Hadisə yerində jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov deyib ki, FHN-nin “112 qaynar xətti”nə Sumqayıt şəhəri Novxanı bağları massivində partlayış hadisəsinin baş veməsi ilə bağlı məlumat daxil olub.
Dərhal hadisə yerinə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Qeyd olunub ki, hadisə yerində təhlükəsizlik tədbirləi görülüb, ilkin kəşfiyyat zamanı dağıntılar altında iki nəfər qaldığı məlum edilib. Dərhal xilastetmə əməliyyatlarına başlanılıb. Hər iki nəfər sağ olaraq xilas edilərək aidiyyəti üzrə Təcili Tibbi Yardım heyətinə təvil verilib, xəstəxanaya evakuasiya edilib (apa.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC